Gəncədə kafeyə partlayıcı maddə atıldı

ÖLKƏ
21:15 / 20.05.2023
470
Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki kafelərdən birinə partlayıcı maddə atılması barədə məlumat daxil olub.
 
Bu barədə HİT.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
 
Dərhal Baş Polis İdarəsinin və 2-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb olunub.
 
Müvafiq araşdırmalar aparılır.
 
Hadisə nəticəsində xəsarət alan olmayıb.
 
Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
Faktla bağlı əlavə məlumat veriləcək.
0