Naxçıvanı su basdı - FOTO/VİDEO

ÖLKƏ
22:53 / 22.05.2023
484

Naxçıvan şəhərində leysan bir sıra fəsadlara səbəb olub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində intensiv yağışlar nəticəsində bir neçə fərdi yaşayış evlərinin, yaşayış və inzibati binaların zirzəmilərini subasmaya məruz qalması barədə daxil olmuş məlumat əsasında əraziyə cəlb olunmuş Naxcıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayının və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilir. Hal-hazırda suyun çəkilərək kənarlaşdırılması davam etdirilir.

0