"Avtobus sürücüləri İmanov qardaşlarını məhkəməyə verə bilər"

ÖLKƏ
15:30 / 26.05.2023
472

“Bu açıq şəkildə avtobus sürücülərinə qarşı təhdirdir”.

Bunu HİT.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı “Planet Parni iz Baku”nun aktyorlarının avtobus sürücülərini təhqir etməsinə aydınlıq gətirərkən deyib. 

Ekspert deyir ki, sürücülər onlara ünvanlanan təhqiri cavabsız buraxmayacaq:

“Onların arasında intizamsız sürücülər, kobud davranış nümayiş etdirənlər var. Heç kimin ixtiyarı yoxdur ki, kimisə təhqir etsin. Biz onları sivil qayda ilə düzgün yola qaytarmalıyıq, yeri gəlsə, inzibati qaydalardan da istifadə etmək olar. İllərini bu sahəyə həsr edən, ömrünü sükan arxasında keçirən abırlı-ismətli sürücülər var. Sən onları təhqir edə bilməzsən. Hətta aralarında təhsilli adamlar da var”.

Elməddin Muradlı qeyd edib ki, avtobus sürücüləri həmin aktyorları məhkəməyə verə bilər.

Qeyd edək ki, “Planet Parni iz Baku”nun aktyorları avtobus sürücülərini təhqir edib. Əməkdar artist Tahir İmanovun “Nəyə görə Bakının ekologiyası pozulub” sualını Cavid İmanov belə cavablandırıb:

“Niyə belə deyirsiniz? Bakı çox təmiz və ekoloji şəhərdir. Görün burada nə qədər vitaminlər var. Bizim taksilərimiz “badımcandır” (London taksilərini nəzərdə tutur - red.), avtobus sürücüləri xiyardır, avtoşlarımız isə balqabaqdır”.

Azra

0