Azərbaycanda bu gündən hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

ÖLKƏ
09:02 / 01.06.2023
405

İyun ayının ilk günlərinə olan hava proqnozu açıqlanıb.

HİT.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, iyunun 1-dən 4 -nə kimi yağıntılı olacaq:

“Bəzi ərazilərdə leysan xarakterli yağışlar gözlənilir. Temperatur bu günə nisbətən aşağı düşəcək. Gözlənilən leysan xarakterli yağışlarla əlaqədar bəzi dağ çaylarından qısamüddətli sel keçməsi də istisna olunmur”.

0