Rüşvətə görə həbs edilən sabiq direktorla bağlı hansı qərar çıxarılıb?

ÖLKƏ
09:48 / 05.06.2023
515

Bakı Apellyasiya Məhkəməsində Xocasən Sağlamlıq Mərkəzinin sabiq direktoru Əliyar Məmmədov barəsindəki hökmdən verilən apellyasiya şikayəti və apellyasiya protesti qərarının detalları məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, apellyasiya protesti qismən təmin olunub. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 32.4,308.1, 308.1, 311.3.2, 312-1.1, 32.4,313 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair 01 dekabr 2022-ci il tarixli hökmü cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirilib. Hökmdən Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasına və Baş Prokurorluğun depozit hesabına ödənilmiş 168 828,33 manat vəsait barəsində xüsusi müsadirə tətbiq edilməklə həmin vəsaitin vurulmuş maddi zərərin ödənilməsinə yönəlməsinə dair müddəalar xaric edilib. Hökmdə Cinayət Məcəlləsinin 32.4, 308.1, 308.1, 312-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin təkrar törədilməsinin həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınıb. Hökmdə Baş Prokurorluğun depozit hesabına ödənilmiş 168 828,33 manat vəsaitin vurulmuş maddi zərərin ödənilməsinə yönəldilməsi müəyyən edilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə.Məmmədov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunur.

Cinayət işi üzrə zərərçəkən şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu və Daxili İşlər Nazirliyinin Tibb Baş İdarəsi tanınır.

0