Məktəblərdə biologiya və fizikanın tədrisi dayandırılır? - Ekspert

ÖLKƏ
18:16 / 05.06.2023
923

“Həmin fənlər tədrisdən çıxarılmayıb, birləşdirilib”.

Bunu HİT.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov orta məktəblərdə bəzi fənlərin tədrisdən çıxarılmasına aydınlıq gətirərkən deyib. 
Ekspert yeni dəsrlik modelinin kifayyət qədər uğurlu olduğunu bildirib:

“Fikirincə, həmin fənnlərlə bağlı olan məlumatlar ilkin formada Təbiət dərsliyində öz əksini tapır. Təbiət fənninin tədrisi ötən ildən başlayıb. Elm və Təhsil Nazirliyi Sinqapur modelində təcrübə mübadiləsi aparır. Bu kifayət qədər praktik dərslikdir”.

Elşən Qafarov hesab edir ki, bu məsələdə əsas problem sözügedən dərsliyin tədrisi ilə əlaqədardır:

"Bu fənni kim tədris etməlidir: Fiziki, Gimya, Coğrfiya, yoxsa biologiya müəllimi? Bu fənlərin müəllimləri təlimlərə cəlb olunub".

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev orta məktəblərdə fənlərə baxılması istiqamətində nazirlikdə müzakirələrin başlanıldığını bildirib. Elnur Əliyev bildirib ki, növbəti tədris ilində 6-cı siniflərdə Təbiət fənni tədris ediləcək, əvəzində isə 6-cı siniflərdə biologiya və fizika tədris olunmayacaq.

Azra

 

0