Nazirliyin işdən çıxarılan əməkdaşı məhkəməyə müraciət etdi

ÖLKƏ
21:45 / 08.06.2023
491

Elm və Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi məhkəməyə verilib.

Hit.az-ın məlumatına görə, mərkəzlə bağlı məhkəməyə keçmiş işçisi Axundova Mələk Maqsud qızı müraciət edib.

O, mərkəz rəhbərliyindən işdən çıxarıldığı dövrlər üçün əmək haqqı tələbi və yenidən işinə bərpa olunmasını tələb edir.

İşə Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə baxılacaq.

Aydın

0