Bu tarixdə Həcc ziyarəti başlayır

ÖLKƏ
12:11 / 14.06.2023
451

Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız iyun ayının 17-dən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən HİT.az-a verilən xəbərə görə, 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcək.

Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.

0