Bu gün Azərbaycanda “Son zəng” qeyd olunur.
Paytaxtın ümumtəhsil məktəblərində keçirilən bu tədbirlərdə məzunların sevinci kədərinə qarışıb.
Belə ki, kimi ağlayır, kimi çaşqınlıq içində ətrafına boylanır, kimi isə müəllimləri, sinif yoldaşları, 11 ildə onlara qucaq açan təhsil ocağı ilə vidalaşır.
Qeyd edək ki, 2022-2023-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 707 279 nəfər təşkil edib. Cari tədris ilində ümumi təhsil müəssisələrində 98 649 nəfər XI sinfi, 145 597 nəfər isə IX sinfi bitirir. Bu tədris ilində ölkə üzrə 151 560 şagird birinci sinfi bitirir.
HİT.az “Qafqazinfo”ya istinadən “Son zəng” tədbirindən çəkilən fotoları təqdim edir: