Vətəndaşlar poliklinika və xəstəxanalarda xidmətlərdən istifadə edə bilmir - VİDEO

ÖLKƏ
19:41 / 14.06.2023
537

İcbari tibbi sığortanın tətbiqindən sonra dövlət tibb müəssisələrinə axın artıb. Bu vəziyyət poliklinika və xəstəxanalarda hər gün sıxlığa səbəb olur.

Lakin bu sıxlığın aradan qaldırılması istiqamətində indiyə qədər demək olar ki, iş görülməyib.

Vətəndaşlar Xəzər TV-yə açıqlamasında bildirib ki, xidmətlərdən yararlanmaq üçün saatlarla, bəzən isə günlərlə gözləməli olurlar.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, vətəndaşların ailə həkiminə müraciət zərurəti olmadığından birbaşa ixtisaslı həkimlərə müraciət edirlər. Bu da kifayət qədər növbə yaranması ilə nəticələnir.
Ətraflı vdieomaterialda izləyə bilərsiniz:

0