Sumqayıtın polis rəisinə yeni müavin təyin olundu

ÖLKƏ
14:17 / 15.06.2023
609

Sumqayıt Şəhər Polis İdarəsinin rəisinə yeni müavin təyin olunub.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Cavidan Əlizadə tutduğu vəzifədən azad olunaraq Sumqayıt Şəhər Polis İdarəsinin rəisinin əməliyyat işləri üzrə müavini təyin olunub.

0