18 məktəb direktoru vəzifəsindən azad edildi

ÖLKƏ
13:31 / 16.06.2023
346

2022-2023-cü tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, bəzi direktorların əmək müqaviləsinə xitam verilib, həmçinin bir sıra məktəb direktorlarının iş yerləri dəyişdirilib.

BŞTİ-dən HİT.az-a verilən məlumata görə, qurumun tabeliyindəki ümumi təhsil müəssisələrinə 41 nəfər direktor vəzifəsinə təyin olunub, 24 direktorun iş yeri dəyişdirilib.

149 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

Çalışmanın yaş həddinə çatmış 33 direktorla müddətli əmək müqaviləsi bağlanıb.

Müxtəlif əsaslarla 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə  xitam verilib.

0