Konstitusiya Məhkəməsi və Ombudsmana qarşı iddia

ÖLKƏ
18:25 / 16.06.2023
360

Konstitusiya Məhkəməsi və İnsan Haqları üzrə Müvəkkil (Ombudsman) məhkəməyə verilib. 

Hit.az xəbər verir ki, iddiaçı Kərimov Sarvan İdris oğludur. 

İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir.

Birinci instansiya məhkəməsi vətəndaşın iddiasını təmin etmədiyinə görə o, apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Pərviz Hüseynovun sədrliyi ilə baxılacaq.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevdir. Ombudsman isə Səbinə Əliyevadır. Səbinə Əliyeva deputat Siyavuş Novruzovun xanımıdır. 

Anar

0