Prokurorluq Ağdamda tapılan kütləvi məzarlıqla bağlı araşdırma aparır

ÖLKƏ
12:31 / 19.06.2023
336

Baş Prokurorluq Ağdamda aşkarlanan kütləvi məzarlıqla bağlı məlumat yayıb.

Prokurorluqdan HİT.az-a verilən məlumata görə, iyunun 19-u saat 09 radələrində Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində minatəmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

0