Mənzilə daxil olaraq 221 000 manat pul olan seyfi qırmağa çalışdılar, amma...

ÖLKƏ
10:01 / 21.06.2023
442

Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən İsmayıl Qəhrəmanov və tanışı Kənan Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 4-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Qəhrəmanov 7 il 4 ay və Kənan Əliyev 7 il 29 gün müddətinə azadlıqdan məhrum edilib. Kənan Əliyev məhkəmə zalından həbs olunub.

İttihama görə, həmin şəxslər paytaxt ərazisində evlərin birinə daxil olaraq seyfi sındırmaq yolu ilə ümumlikdə 71854 manat pul oğurlayıblar.

Eyni zamanda İsmayıl və Kənan həmin mənzildən içərisində ümumilikdə 221 000 manat pul olan seyfi qırmağa çalışıblar. Lakin onlar istəklərinə nail ola bilməyiblər və ərazidən uzaqlaşıblar.

İstintaq orqanı İsmayıl Qəhrəmanovla Kənan Əliyevin barəsində Cinayət Məcəlləsinin külli miqdarda oğurluq və külli miqdardamiqdarda oğurluğa və maddəsi ilə ittiham irəli sürülüb.

Xatırlatladaq ki, İsmayıl Qəhrəmanov 2016-cı ildə 1 milyon manat oğurlamaqda təqsirli bilinib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Daha sonra azadlığa çıxmışdı.

0