Mübariz Mənsimov atası dəfn olundu - FOTOLAR

ÖLKƏ
18:51 / 21.06.2023
646

"Palmali Holding" şirkətinin prezidenti Mübariz Mənsimovun ötən gün vəfat edən atası Qurban Mənsimov dəfn olunub.

Axşam.az xəbər verir ki, mərhum Keşlə qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Qurban Mənsimov ötən gün İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Mübariz Mənsimovun Türkiyəni tərk etməməyi ilə bağlı qərar hələ də qüvvədə olduğu üçün o, atasının Bakıda baş tutacaq dəfn mərasimində iştirak edə bilməyib.

0