BDU-da müşavir müəmması

ÖLKƏ
20:40 / 22.06.2023
571

Bakı Dövlət Universitetində (BDU) rektorun humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri postu ilə bağlı müəmma davam edir. 

Qaynarinfo xəbər verir ki, bir müddət əvvəl bu posta hazırda BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev təyin olunmuşdu. 

O, müşavir vəzifəsinə prorektorluqdan gəlmişdi. 2019-cu ildə BDU ilə bağlı yayımlanan materiallarda da Əliş Ağamirzəyev müşavir kimi təqdim edilir. Lakin qısa müddət sonra onun yenidən prorektor təyin olunduğu barədə məlumat yayıldı və sonradan Əliş Ağamirzəyev köhnə vəzifəsinə qaytarıldığı məlum oldu. 

Müşavir postu isə hələ də boş qalıb. Məlumat üçün deyək ki, BDU-da 5 müşavir postu var:

Rektorun elm və təhsil üzrə müşaviri
Rektorun Strateji inkişaf və əlaqələr üzrə müşaviri
Rektorun Maliyyə məsələləri üzrə müşaviri
Rektorun Ümumi məsələlər üzrə müşaviri
Rektorun Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri

BDU-nun rektoru Elçin Babayevdir. o 2019-cu ildən bu vəzifədədir. 

0