General-mayor Tofiq Həsənovun həbs müddəti yenidən uzadıldı

ÖLKƏ
09:28 / 23.06.2023
361

Naxçıvan Muxtar Respublikasının Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun həbs müddəti yenidən uzadılıb.

"Report"un əldə etdiyi xəbərə görə, bu barədə qərar Səbail Rayon Məhkəməsində elan olunub.

Qərara əsasən, T.Həsənovun həbs müddəti daha 2 ay artırılıb.

Qeyd edək ki, general-mayoru T.Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib.

Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.

0