"Ya Hacıbala Abutalıbov mənə ev verməlidir, ya da..." - Xalq artisti

ÖLKƏ
11:50 / 23.06.2023
443

“Sabiq Bakı meri Hacıbala Abutalıbov ya məhkəmə qarşısında cavab verməlidir, ya da məni evlə təmin etməlidir. Onun vaxtından evsiz qalmışam”.

Bunu Hit.az-a Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Aktyor haqqının məhkəmə yolu ilə tanınmasını tələb edir:

“Evimi sökən şirkət mənə yaşamaq üçün qanuni evimiz tikilənə kimi damda yer verib. Nə onlara evi tikməyə icazə verirlər, nə də mənə yaşamaq üçün ev, qalmışıq damlarda. Əgər bu bina tikilməyəcəksə, zəhmət çəkib mənim normal evimi versinlər. Ya Hacıbala cəzalandırılsın, mənim də haqqım məhkəmə yolu ilə bərpa olunsun”. 

Azra

0