Vilayət Eyvazov Mingəçevirdə qəbul keçirəcək

ÖLKƏ
20:09 / 23.06.2023
325

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən iyul ayının 19-da Mingəçevir Şəhər Polis Şöbəsinin inzibati binasında Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Şuşa və Tərtər şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

HİT.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 18.07.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

 

0