Bakıda bayram namazı qılınır

ÖLKƏ
09:41 / 28.06.2023
326

Bakıda Qurban bayramı münasibətilə namaz qılınır.

Təzəpir məscidində bayram namazı saat 09:13-də qılınır.

Bu il Azərbaycanda Qurban bayramı iyunun 28-i və 29-u qeyd olunur.

Həmçinin qeyd edək ki, islam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

Xatırladaq ki, bayram namazı Əjdərbəy məscidində və Göy məsciddə 08:00-də qılınıb.

0