Nazir polkovnik-leytenanta yeni vəzifə verdi

ÖLKƏ
13:52 / 30.06.2023
395

Binəqədi rayon Polis İdarəsinə əməliyyat üzrə rəis müavini təyin olunub.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən polis polkovnik-leytenantı Ceyhun Qurbanov Binəqədi rayon Polis İdarəsinə əməliyyat üzrə rəis müavini təyin olunub.

Qeyd edək ki, Ceyhun Qurbanov bu təyinatadək Qəbələ rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini vəzifəsində çalışıb.

0