Nazirin vəzifəyə təyin etdiyi Nargilə Qafarova kimdir? - FOTO

ÖLKƏ
10:56 / 06.07.2023
3064

Şəki-Zaqatala Regional Mədəniyyət idarəsinə yeni təyin edilən Nargilə Qafarova uzun illəridir ki, Qəbələdə bu sahəyə rəhbərlik edib.

Bizim.Media xəbər verir ki, Nargilə Qafarova təcrübəli və təşkilatçı mədəniyyət işçilərindən biri kimi xarakterizə edilir. O, uzun illər Qəbələ rayon mədəniyyət sektruna rəhbərlik edib. 

Yeni direktor əvəzi Qəbələ rayonunun ictimai-siyasi həyatında aktiv iştirak etməklə yanaşı bədii yaradıcılıqla da məşğuldur.

Ədəbi mühitdə Nargilə Rəhman imzası ilə şeir və hekayələri dərc olunur. Ötən il isə onun qələmə aldığı “Aliyə” adlı avtobioqrafik romanı oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qeyd edilib ki, Şəki Regional Mədəniyyət İdarəsinin rəisi səlahiyyətini müvəqqəti icra edən Aqaəli Cəlilov bu vəzifədən kənarlaşdırılıb. İdarənin yeni rəis əvəzi vəzifəsi Nargilə Qafarovaya həvalə edilib.

0