Xətai Rayon İcra Hakimiyyəti vətəndaşın mülki hüquqlarını pozub?

ÖLKƏ
18:34 / 06.07.2023
549

Xətai Rayon İcra Hakimiyyəti və Xətai Rayon İcra Hakimiyyəti Başçısının yanında Mənzil Kommunal Təsərrüfat Birliyi məhkəməyə verilib. 

Hit.az xəbər verir ki, iddiaçı Asulov Ruslan Şahbazoviçdir.

Birinci instansiya məhkəməsi onun iddiasını təmin etməyib. Vətəndaş apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində Günay Axundovanın sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. 

İşin mahiyyəti mülki hüquq pozuntularından irəli gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir. 

Ruslan Asulov sözügedən qurumlardan ona dəymiş maddı ziyanın ödənilməsini tələb edir. 

İşin detalları barədə açıq mənbələrdə məlumat yoxdur. 

Anar

0