Hava ilə bağlı məlumat: Temperatur düşəcək, külək əsəcək

ÖLKƏ
12:26 / 09.07.2023
459

Sabah havanın temperaturu aşağı düşəcək, külək əsəcək.

HİT.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Ölkə ərazisində arabir güclənən şimal-qərb küləyi əsəcək, temperatur ötən günlərlə müqayisədə 4-5 dərəcə aşağı düşəcək. Şimal-qərb rayonlarında yağış yağacağı proqnozlaşdırılır.

Bakıda və Abşeron yarımadasında 29-34, Aran rayonlarında 32-37, dağlıq rayonlarda isə 22-27 dərəcə isti olacaq.

0