Muxtar Babayev: "Söyüdlüdə hava monitorinqində təhlükəli maddələrin normadan artıq olmadığı üzə çıxıb"

ÖLKƏ
16:19 / 12.07.2023
485

İyunun 21-də Prezidentin tapşırığı ilə Baş nazirin sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.

APA-nın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri, Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın sədri Muxtar Babayev bildirib.

Nazir deyib ki, iyunun 22-də və 27-də Komissiya üzvləri kənd sakinləri ilə görüş keçirib, texnoloji prosesi ilə tanış olub, o cümlədən tullantı suları üçün tikilmiş gölün monitorinqi aparılıb:

“Səhiyyə, sağlamlıq məsələləri ilə bağlı TƏBİB-in, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Fövqəladə Hallar Nazirliklərinin və digər müvafiq strukturların əməkdaşları ora səfər edib. Kənd sakinlərində narahatlıq vardı ki, göldən gələn havanın qoxusu onların sağlamlığına neqativ təsir göstərə bilər. İlk gündən havanın keyfiyyətinin nəticələrini əhaliyə çatdırmağa çalışdıq. Hava monitorinqi təhlükəli maddələrin normadan artıq olmaması, hava keyfiyyətinə təsir etmədiyini məlum oldu”.

0