Tanışının oğlunu nazirliyə işə düzəldəcəyini vəd etdi, 1000 manat aldı...

17:56 / 12.07.2023
441

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Göyçay rayon İdarəsinin baytar həkiminə bəraət verilib. 

HİT.az-ın məlumatına görə, 1992-ci ildə Göyçay rayonunda anadan olmuş Şəmistan Hüseynov (soyad-şərti) tanışı Fəridənin oğlu Səmədi Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Göyçay rayon İdarəsinə baytar köməkçisi vəzifəsinə təyin etdirəcəyini vəd edib və onun 1000 manatını ələ keçirib. 

O, Səmədin işinin həll olunacağını, eləcə də maaş kartı ilə təmin olunmaqla hər ay 340 manat əməkhaqqı alacağını deyib. Həkim aldığı pulları isə böyrəklərində olan xəstəliyi ilə bağlı özünə xərcləyib. 

Məhkəmənin qərarı ilə Şəmistan Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etdiyi və ona dəymiş maddi ziyanı tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün CM-nin 178.2.3-cü maddəsi ilə barəsində cinayət təqibinə xitam verilib və cinayət məsuliyyətindən azad olunub. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.

Aydın

0