Generalın cinayət işi üzrə məhkəmə qərarı niyə icra olunmur?

ÖLKƏ
18:45 / 17.07.2023
322

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev və onunla birgə mühakimə olunan Sahib Ələkbərov, Vüsal Ələkbərov və Yasin Məmmədovun cinayəti işi üzrə məhkəmə qərarı icra edilmir. 

Hit.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hər üç şəxs barəsində hökmü var. Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. 

Zərərçəkənlər apellyasiya mərhələsindən sonra işin icraya yönəldiləcəyini gözləsələr də, bunun əksi ilə üzləşiblər. 

Hələ Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə aoellyasiya mərhələsi bitəndə belə bir məlumat yayılmışdı ki, keçmiş rəis dərhal kassasiya şikayəti verib. Onun məqsədi isə icra işini yubatmaq olub. 

Məsələ burasındadır ki, Mövlam Şıxəliyevin əmlakı da müsadirə olunub. Keçmiş rəis isə hər vəchlə əmlaklarının müsadirə olunması ilə bağlı qərarın ləğvinə çalışır. 

Bu arada iş üzrə zərərçəkənlərdən Qulam Bağırov da mediaya açıqlamasında bildirib ki, Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə məhkəmə qərarı icra olunmur. 

“Yasamal İcra və Probasiya Şöbəsində kiminsə göstərişi Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarından üstündür. Məhkəmə icraçısı Erol Kazımlı açıq-aşkar deyir ki, mənə rəis göstəriş verib ki, Mövlam Şıxəliyevgilin, Sahib Ələkbərovun işi üzrə hər hansı bir icra işi görmə, icra işi dayandırılsın”, - deyə o açıqlamasında bildirib. 

Məlumatlara görə, yaxın günlərdə həm Qulam Bağırov, həm də digər zərərçəkənlər qərarın icra olunmaması ilə bağlı müvafiq qurumlara müraciət etməyə hazırlaşır. 

Anar

0