15 iyul tarixində PAŞA Malls-un təşkilatçılığı ilə möhtəşəm “Dəniz Karnavalı” baş tutdu!

ÖLKƏ
10:27 / 18.07.2023
588

Karnaval 19:00-da Dənizkənarı Bulvar ərazisində yerləşən Saat Qülləsindən start götürdü və Dəniz Mall ticarət və əyləncə mərkəzinə qədər davam etdi. Dəniz Mall-a doğru uzanan yol boyunca karnaval iştirakçılarını əyləncə dolu, bir-birindən rəngarəng musiqili proqram müşayət etmişdir. 

Karnaval daha sonra məşhur müğənni HİSS-in konserti ilə davam edib. Minlərlərlə iştirakçı sevilən ifaçının ifalarından zövq almışdır. Konsert sonrası karnaval iştirakçıları Dəniz Mall-dakı endirimlərdən yararlanmışlar. Geyim brendlərinin vermiş olduğu endirimlərlə yanaşı bir sıra restoran və kafelər də xüsusi təkliflərlə karnaval iştirakçılarını sevindirmişlər. Möhtəşəm karnaval şənliyi bol əyləncə, endirimlər, xüsusi konsert proqramı ilə yekunlaşmışdır. 

Nəzərinizə çatdırmaq istərdik ki, karnavalda iştirak ödənişsiz olaraq həyata keçirilmişdir. 

Karnavalın avqust və sentyabr aylarında da davam edəcəyi planlaşdırılır.

0