Allahşükür Paşazadəyə yeni müavin təyin olundu

ÖLKƏ
16:38 / 18.07.2023
435

Qafqaz Müsəlmanları İdarəsi sədrinə yeni sədr müavini təyin olunub.

“Report”un əldə etdiyi məlumata görə, bu vəzifəyə Bəxtiyar Nəcəfov təyinat alıb.

Bununla da Şeyxülislam Allahşükür Paşazadənin müavinlərinin sayı 6-ya çatıb.

Qeyd edək ki, B.Nəcəfov bundan əvvəl müxtəlif məscidlərdə imam kimi çalışıb.

1