1200 apteki olan MMC məhkəməyə verildi

ÖLKƏ
20:35 / 18.07.2023
302

Ölkə hüdudları üzrə 1200-dən çox apteklərə sahib olan “Zeytun Pharmaceuticals” MMC barəsində protokol tərtib edilib. 

HİT.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (Aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsi ilə protokol tərtib olunub. 

İşə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Nərminə Rzayevanın sədrliyi ilə baxılacaq. 

Protokol təsdiq olunarsa, “Zeytun Pharmaceuticals” MMC min manatdan 2 min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı 01.08.2023-cü ilə təyin olunub.

Aydın

0