Göyçayda zibil qalmaqalı ilə bağlı şok mürcaiət

ÖLKƏ
17:04 / 19.07.2023
432

Göyçayda zibil problemi artıq sakinlərinin səbr kasasını daşırıb.

Onlar HİT.az-a etdikləri müraciətdə bildirir ki, bu məsələ ictimailəşsə də, hələ həllinin tapmayıb. Sakinlər problemə görə yerli məmurları, xüsusilə Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Ruslan Məmmədovu ittiham edir.

Onların müraciətini təqdim edirik:

“Bir neçə ay qabaq təyin olunan yeni icra başcısı Natiq Ağayev ilk gündən şəhərin təmizlik abadlıq işlərində xeyli iş gördü. Yeni asfalt və beton örtüyü,səkilərin və bağların abadlaşdırılması və işıqlandırılması göyçaylıların sevincinə səbəb oldu. Lakin bu işləri yetərincə davam etdirmək üçün yaxşı kadrlara ehtiyac vardı. Yeni başcının ilk sərəncamı əvvəllər Göyçay Elektrik Şəbəkəsinin  müdiri olmuş  yarıtmaz fəaliyyəti ilə göyçaylıların və “Azərenerji”nin rəhbərliyinin etimatını doğrutmayan Ruslan Məmmədov Şəhər Təsərrüfatı Birliyinə müdir təyin edildi. Bu həmin Ruslan Məmmədovdur ki, şəxsən “Azərenerji”nin rəhbəri onu iclasdan qovaraq işdən azad etmişdi. 

Bunun da bir çox səbəbləri vardı. Pul yığımı planı dolmurdu, sahibkarlardan tanışlıqla, xahiş-minnətlə əlavə gələn ay üçün işlənməyən enerjinin pulları yığılırdı ki, plan dolsun. 

Digər səbəblərdən biridə işlənmiş məftilləri dəmir tullantıları məntəqəsinə satılması, tez-tez baş verən qəzalar və bu qəzalar nəticəsində ölüm hallarının olması idi. Şəhər təsərrüfatını belə bir adama tapşırmaq ölüdən can istəməyə bərabər idi. Ruslan müəllimin ilk işi icra başcısının gördüyü təmizlik abadlıq işini öz adına çıxaraq şəkil çəkib sosial şəbəkələrdə paylamaq idi. Bu gün Ruslan Məmmədovun işi əvvəl ki, Loğman adlı müdirin ölənlərinə rəhmət oxutdurmaqdı.

Bu gün şəhər Hindisdan kinolarını xatırladaraq tüstü içində boğulur. Əvvəllər hər gün səhər altıda atılan zibil indi 6 günlərlə qalır. Zibil qabları aşıb daşır, üfünət iyindən yollardan keçmək olmur. Antisanitariya baş alıb gedir. Bu gedişlə Göyçayda yaxın günlərdə koronadan da betər xəstəliklər yayıla bilər. 

Ruslan Məmmədov adam başına 0.30 qəpik olan zibil pulunu hər ev üçün 3 manat edib. Ruslan Məmmədov haqqında yəqin ki, hüquq mühafizə orqanlarıda tədbir görəcək. Bunu tapmaq elə də çətin məsələ deyil. Pul ödəyən vətəndaşlara sorğu göndərilsə, aydın olar ki, hər ev ən çoxu 3-5adamdan ibarətdir ki, bu da alınan pulun yarısı eləmir. Bəs görəsən 10 000 -ə yaxın təsərrüfata malık olan şəhərdən yığılan 30 000 manata qədər vəsait hara gedir? Üstəlik texnika üçün ayrılan vəsaitlər, yanacaq pulu və digər vəsaitlərin hara xərcləndiyinə yəqin ki, dövlət səviyəsində aydınlıq gətiriləcək.

Biz aşağıda imza edən Göyçay sakinləri İcra başcısından və dövlət rəhbərlərindən xahiş edirik ki, bizi bu insanın əlindən xilas etsinlər və idarəyə işi bilən, rayona canıyanan bir şəxsi müdir təyin etsinlər. Əks təqdirdə yaxın günlərdə Göyçayda mənşəyi məlum olmayan xəstəliklər yayılacaq”.

Anar

0