Pulu mənimsəyən sabiq vəzifəli şəxslər hökmdən narazıdır

ÖLKƏ
09:41 / 24.07.2023
294

Bakıda külli miqdarda mənimsəmədə təqsirləndirilən Ceyhun Şirinov, Müslüm Fəziyev və onun qızı Tülpanə Müslümzadənin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses iyulun 24-nə təyin edilib.

Şikayət hakim Anar İbrahimovun sədrliyi ilə araşdırılacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Fəziyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, T.Müslümzadə hazırda hamilədir. Məhkəmə onun barəsində azadlığın məhdudlaşdırılması (elektron qolbaq) hökmünü çıxarıb. C.Şirinova isə şərti cəza verilib.

İttihama görə, hər iki şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham edilib. Onlar Bank Olmayan Kredit Təşkilatı (BOKT) "FinEx Kredit"in pulunu mənimsəyib.

Xatırladaq ki, M.Fəziyev daha əvvəl BOKT-un İdarə Heyətinin üzvü olub. O, 2021-ci ildə həmin vəzifədən azad edilib. Digər şəxslər də həmin təşkilatın əməkdaşları olub.

0