Naxçıvanda daha bir məmur işdən çıxarıldı

16:42 / 27.07.2023
532

Naxçıvan Yaşıllaşdırma Xidmətinin rəisi Səyahət İmanov işdən azad olunub.

APA xəbər verir ki, bununla bağlı sərəncam imzalanıb.

Artıq bu vəzifəyə yeni təyinat da var. Belə ki, Zəka Seyidov Naxçıvan Yaşıllaşdırma Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli qərarına əsasən, Naxçıvan Yaşıllaşdırma Xidməti ştat vahidləri və onlara məxsus

əmlakla birlikdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.

0