Körpələr evi ilə keçmiş işçisi arasında qalmaqal

ÖLKƏ
21:09 / 28.07.2023
479

63 saylı Körpələr Evi ilə keçmiş işçisi Günay Veyisov arasında məhkəmə çəkişməsi davam edir. 

Hit.az xəbər verir ki, iş hazırda Ali Məhkəmədədir. Kassasiya şikayətini Günay Veyisov verib.

Şikayətə Elşanə Vəliyevanın sədrliyi ilə baxılacaq. 

Günay Veyisov işdən çıxarılmasına etiraz edir. Onun idda tələbi işə bərpa ilə bağlıdır. 

Birinci instansiya və apellyasiya məhkəmələri onun iddasını təmin etmədiyinə görə Ali Məhkəməyə üz tutub. 

Anar

0