Günel Gözəlovaya bu kanalda vəzifə verildi

ÖLKƏ
17:41 / 31.07.2023
577

Tanınmış telejurnalist, aparıcı Günel Gözəlova “MTV Azərbaycan” televiziya kanalının baş redaktoru təyin olunub.  

G.Gözəlova “Qafqazinfo”ya açıqlamasında təyinatı təsdiqləyib.

Qeyd edək ki, telejurnalist indiyədək bir çox vəzifələrdə - Azərbaycan Dövlət Televiziyasında, “Lider TV və Azərbaycan Radiosu” MMC-də, Azərbaycan Memarlıq və İnşaat Universitetində Mətbuat katibi, Azərpoçt MMC-də İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri, daha sonra isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Mətbuat Xidmətinin rəhbəri, nazirin sözçüsü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Media və Təhsil sahəsi üzrə Vitse- Prezidenti kimi kimi fəaliyyətini davam etdirib.

0