Qarabağ qazisi xüsusi ittiham qaydasında məhkəməyə verildi

ÖLKƏ
20:02 / 02.08.2023
452

Qarabağ qazisi Məryəm Qarayeva xüsusi ittiham qaydasında məhkəməyə verilib. 

Hit.az xəbər verir ki, o, Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cəzalandırılması istənilir. 

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun icraatındadır. 

Məryəm Qarayevadan şikayətçi olan şəxs barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. 

Məryəm Qarayeva mediada ilk qadın qazi kimi təqdim edilir. 

Bir müddət əvvəl mediada onun oğlu ilə bağlı ölkə başçısına müraciəti dərc olunub. 

Müraciətdən aydın olur ki, Məryəm Qarayevanın oğlu həbs edilib. Qazi isə oğlu ilə yanaşı daha bir neçə nəfərin cəzalandırılmalı olduğu deyir. 
Onun sözlərinə görə, həmin şəxlər də təqsirkardır. 

Ehtimal olunur ki, Məryəm Qarayevanı həmin şəxslərdən biri məhkəməyə verilib. 

Anar

0