“MedAura” klinikasında qanun pozuntuları aşkarlandı

ÖLKƏ
17:55 / 04.08.2023
418

Bakıda məşhur “MedAura” klinikasında keçirilən yoxlama zamanı pozuntular aşakarlanıb.

Hit.az-ın məlumatına görə, yoxlama zamanı məlum olub ki, müvafiq dövlət qurumu tərəfindən “MedAura”ya verilmiş lisenziyada göstərilən işlərdən kənar tibb fəaliyyəti həyata keçirib. Nöqsanlara görə hospital barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1 maddəsi ilə protokol tərtib edilib.

Bu maddədə tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə hüquqi şəxslər 6 min manatdan 8 min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın sədrliyi ilə keçiriləcək. Fakt təsdiqini taparsa, klinika 8 min manata qədər cərimə ediləcək.

Qeyd edək ki, bir-neçə il əvvəl mətbuatda “MedAura” klinikasında 37 yaşlı bir qadının estetik əməliyyat zamanı dünyasını dəyişməsilə bağlı məlumatlar yayılmışdı.

Aydın 

0