Bakıda sakinlərin kommunal ödənişləri oğurlandı - Bina sakinin sürücüsü saxlanıldı

ÖLKƏ
23:00 / 07.08.2023
403

Nəsimi rayonu, Möhsün Sənani küçəsində yerləşən "Monolit Ş” MTK-da sakinlərin kommunal ödənişləri oğurlanıb. 

Qaynarinfo-nun məlumatına görə, aparılan araşdırma zamanı oğurluğun MTK-nın inşa etdiyi çoxmərtəbəli yaşayış binasında yaşayan Tahir adlı şəxsin sürücüsü, 1990-cı il təvəllüdlü Orucəli Eynullazadə tərəfindən törədildiyi məlum olub. 

Orucəli işlədiyi dövrdə binanın Hafis adlı komendatı ilə münasibətlər qurub. Komendatın inamını qazanaraq, otağının açarını da alıb. Tanışlıqlarından bir ay keçdikdən sonra Zamin Hafisin kabinetindən pul oğurlamaq qərarına gəlib. O, masanın siyirtməsini açaraq, 2 ədəd pul kisəsinin olduğunu görüb. Hər iki pul kisəsinə baxış keçirib. Pul kislərinin birində 600 manat, digərində isə 2300 manat olub. O, həmin pulları oğurlayaraq, bir hissəsini borclarına verib, qalanını da xərcləyib. 

Hafis izahatından deyib ki, o, Orucəlinin yanında bir neçə dəfə binada yaşayan sakinlər tərəfindən kommunal xərclərin qarşılanması üçün yığılan pulun hesabatını aparmaq üçün sayıb. Pulları kisələrinin içərisinə qoyub. Həmin pul kisələrinin içərisində onun özünə məxsus müəyyən miqdarda vəsait də olurmuş. O, oğurlanan kommunal xərcləri özünün ödədiyini və ona 2300 manat ziyan dəydiyini bildirib.

Məhkəmənin qərarı ilə Orucəli Eynullazadə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib və aylıq qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işlərinə cəlb olunub.

0