Naxçıvanın keçmiş ədliyyə nazirinin hakimliyi bitdi

ÖLKƏ
16:17 / 10.08.2023
411

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təqaüdə göndərilib.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, hakim Məhəmməd Əkbərovun icraatında olan sonuncu cinayət işi üzrə hökm oxunub. 

O, yaş həddi ilə bağlı hakimlik səlahiyyətini yekunlaşdırıb.

Qeyd edək ki, Məhəmməd Əkbərov 5 ildir Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi. O, 1998-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri olub. 2000-2007-ci illərdə Naxçıvan MR İqtisadi Məhkəməsinin, 2007-2017-ci illərdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin sədri işləyib.

0