Vilayət Eyvazov kapitana yeni vəzifə verdi

ÖLKƏ
16:14 / 11.08.2023
524

Daxili işlər orqanlarında yeni təyinat olub.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı Musayev Emin Eldar oğlu vəzifəsindən azad edilərək Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin rəisinin  şəxsi heyət üzrə köməkçisi təyin olunub.//Unikal.az

0