İsti hava şəraiti nə zaman bitəcək? - AÇIQLAMA 

ÖLKƏ
14:12 / 14.08.2023
801

Son günlərdə havanın temperaturunun həddindən artıq isti olması müşahidə olunur.

Bəziləri bu havanı anomal adlandırsa da, bir çox mütəxəssislər indiki mövsümdə istilərin normal olduğunu vurğulayırlar. Vətəndaşlar isə havaların tezliklə mülayimləşməsini və istilərin səngiməsini gözləyirlər.

Maraqlıdır, havaların isti keçməsinin səbəbi nədir? Havanın temperaturu nə zaman aşağı düşəcək?

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli HİT.az-a açıqlamasında deyib ki, iyul və avqust ölkəmizin ən isti ayları olur:

331859

"Hazırda Azərbaycanda yay fəslidir. Ölkəmizin əksər hissəsi Subtropik iqlim qurşağında yerləşir. İndi yay fəslinə aid isti hava kütlələrinin hakim olduğu vaxtdır. Ümumiyyətlə, avqust və iyul ayı ölkəmizdə havanın ən isti olduğu aylardır. Demək istəyirəm ki, havalar həddindən artıq isti keçmir.  Betonlaşmağa davam edən səhra şəhəri Bakı və Abşeron yarımadası qlobal iqlim dəyişikliyinin də təsiri altında qovurucu istilərin altına bir neçə gün keçirdi".

Onun sözlərinə görə, yaxın günlərdə havanın temperaturu aşağı düşəcək:

"Bundan sonra isə növbəti günlərdə dəhşətli isti olmayacaq. Tədricən mülayimləşəcək havanın son bahara doğru davam edəcəyini görəcəyik. Ümumiyyətlə, isti havalardan qorxmaq yox, şüurlu şəkildə günəş şüalarının yandırıcı vaxtlarından qorunmaq lazımdır. Bunun üçünsə müasir elmi texnologiyalarla hava proqnozu öncədən hər kəsin əlində olur".

Pərviz

0