Sabiq icra başçısının rəis oğlu işçilərin hüquqlarını pozur - ŞİKAYƏT

ÖLKƏ
15:41 / 17.08.2023
515

"Mədəniyyət Nazirliyinin regional idarələrində də özbaşınalıq baş alıb gedir. Qarabağ Regional Mədəniyyət İdarəsinə bu yaxınlarda yeni rəis təyin olunan Qalib Həsənov (sabiq icra başçısı Şamil Həsənovun oğlu-red.) işçilərin məzuniyyət hüquqlarını pozur".

Qaynarinfo xəbər verir ki, bunu jurnalist Çingiz Səfərli yazıb.

Onun sözlərinə görə, yay fəsli bitmək üzrə olsa da, yeni rəis idarənin tabeliyində olan müəssisələrin əməkdaşlarının məzuniyyətə çıxmasına icazə vermir:

"Söhbət yüzlərlə işçinin hüquqlarının pozulmasından gedir. Digər bir tərəfdən həmin şəxslərə hələ iyul ayının əməkhaqqıları da ödənilməyib. Halbuki artıq dövlət müəssisələrində avqust ayının maaşlarının ödənilməsinə başlanılır".

0