Xərçəngdən əziyyət çəkən Zülfiyyə yenidən xəstəxanada - FOTO

ÖLKƏ
17:08 / 17.08.2023
346

Aparıcı-vəkil Zülfiyyə Bayramova səhhəti ilə bağlı yenidən xəstəxanaya müraciət edib.

Musavat.com bildirir ki, bu barədə aparıcının özü sosial şəbəkədə paylaşım edib.

"Yenə Milli Onkologiya Mərkəzi, yenə mən və o qız", - deyə aparıcı qeyd edib.

Xatırladaq ki, Zülfiyyə Bayramova uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Mədəsində şiş aşkarlanan aparıcı 2018-ci ildə əməliyyat olunmuşdu. 

0