Bakıda daha bir erməni məhkəməyə verildi - Hansı müqavilə pozulub?

ÖLKƏ
23:29 / 22.08.2023
507

Bakıda erməni əsilli şəxs məhkəməyə verilib. 

Qaynarinfo xəbər verir ki, Hacıyeva Nərminə Ağasəf qızı Sarseryan Ema Akopovna barəsində iddia qaldırıb. 

İşin mahiyyəti müqavilələrin bağlanması ilə əlaqədardır.

Təfərrüatla barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. 

Birinci instansiya məhkəməsinin qərarı Nərminə Hacıyevanı qane etməyib. O, Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. 

Onun şikayətinə Fuad Abdiyevin sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. 

Bundan əvvəl Baqdasaryan Mixail Arutunoviç adlı erməni əsilli şəxs məhkəməyə verilmişdi.

0