Xəzər dənizinin Türkan çimərliyində dəniz suyunda geriçəkilmə müşahidə olunub.
Hit.az-a verilən məlumata görə, çəkilmədən sonra sahil hissəsində mamırlanma görünüb. Dənizin bu sahili həm də tullantılarla çirkləndirilib.
Qeyd edək ki, yayın əvvəlində Xəzər rayonunun Türkan çimərliyində aparılan monitorinqlər zamanı götürülmüş dəniz suyu nümunələrinin laborator təhlillərinə əsasən, dənizin tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də davam etdiyi və çimərliklərdə dəniz suyunda bakterioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi müəyyən edilib. Bundan sonra bu çimərlikdə çimmək tövsiyə edilməsə də, vətəndaşlar bura da üz tutublar.
Leyla