Xəzərdə geriçəkilmə: "Ekosistem üçün ziyandır"

ÖLKƏ
15:20 / 25.08.2023
416

Xəbər verdiyimiz kimi, Xəzər dənizinin Türkan çimərliyində dəniz suyunda geriçəkilmə müşahidə olunur. Çəkilmədən sonra sahil hissəsində mamırlanma görünüb. Dənizin bu sahili həm də tullantılarla çirkləndirilib.

Maraqlıdır, geriçəkilmənin hansı fəsadları ola bilər?

Hit.az-a açıqlamasında ekoloq Telman Zeynalov bildirib ki, bundan ekosistem ziyan görür:

"Dənizdə tez-tez belə çəkilmələr və qalxmalar olur. Bu, təbii prosesdir. Bu enmə prosesi bir neçə il davam edəcək. Bu da təbii ki, ekosistem üçün ziyandır. Xüsusilə dənizdəki canlı varlıqlar bundan ziyan görür. Sahilboyu ərazilərdə şoranlaşma gedir.

Temperatur artır, su da buxarlanır. 3-4 ilə iqlim dəyişər, yağıntıların miqdarı artarsa, dəniz də  əvvəlki səviyyəsini bərpa etmiş olar. Nəzərə almaq lazımdır ki, bu proses hər il baş verir. Üstəlik, Xəzər az yağıntı alan hövzədir. Əgər yağıntılar azalarsa, geriçəkilmə də görülə bilər".

Leyla

0