Tədris ilinin ilk çətinliyi: "4-5 ay keçsə də, adaptasiya olunmaqda çətinlik çəkirlər"

ÖLKƏ
22:00 / 28.08.2023
385

Artıq yeni tədris ilininin başlanmasına sayılı günlər qalıb. Bir çox məktəbli 3 aylıq tətili başa vurub, yenidən məktəbə qayıtdıqda adaptasiya olmaqda çətinlik yaşayır. 

Bəs bu adaptasiya problemini aradan qaldırmaq üçün nələr edilməlidir?

Hit.az-a açıqlamasında psixoloq Fərqanə Mehmanqızı bildirib ki, hər bir məktəblinin adaptasiya prosesi fərqli olur:

"Məktəbə hazırlıq dövründə əslində adaptasiya prosesi başlayır. Həmin müddətdə psixoloq və valideynlər birgə işləsələr, çox yaxşı olardı. Həmin dövrdə birlik olub uşaqların məktəbə adaptasiyasını təşkil edə bilərlər. Hər bir uşağın adaptasiya prosesi fərqli olur. Ümumi götürdükdə 1 ay müddətində tam adaptasiya olan uşaqlar var. İçlərində 4-5 ay keçsə də, adaptasiya olunmaqda çətinlik çəkən uşaqlar da olur. Bu da istisna haldır. Müəllimə və valideyn arasında olan sıx münasibət uşağın məktəbə olan adaptasiyasını, təhsilə olan marağını artıra bilər, o periodu daha asan keçməsinə imkan yarada bilər. Xüsusilə də, baxçaya getməyən uşaqları bir-iki gün əvvəldən məktəbə gətirmək, onları bu şəraitə öyrəşdirmək lazımdır".

Aynurə Əli

0