Bu il universitetə qəbul olan şəhid övladları - SİYAHI

ÖLKƏ
16:31 / 31.08.2023
783
Dövlət İmtahan Mərkəzi (DİM) 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə yerləşdirməsinin nəticələrini elan edib.
 
Ali məktəblərə qəbul olan məzunlar arasında şəhid övladları da var.
 
HİT.az universitetə qəbul olan şəhid övladlarını təqdim edir:
 
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qızı Aysu Əsgərli Türkiyənin Bursa Uludağ Universitetinin Stomatologiya fakültəsinə daxil olub.
 
 
Vətən müharibəsində şəhid olan baş leytenant Azər Şəmilovun qızı Aynurə Şəmilova ADA Universitetinin Hüquqşünaslıq fakültəsində təhsil alacaq.
 
 
Şəhid polkovnik-leytenant Nail Orucovun oğlu Əlihəsən Orucov Azərbaycan Memarlıq və İnşaat universitetinə qəbul olub.
 
 
Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Mehman Qənbərovun oğlu Nurlan Qənbərov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika mühəndisliyi fakültəsində təhsil alacaq.
 
 
Şəhid çavuş Niyazi İsgəndərovun oğlu Ömər İsgəndərov Mingəçevir Dövlət Universitetinin İnformasiya texnologiyaları fakültəsinə qəbul olub.
 
 
Şəhid polkovnik-leytenant Sənan Axundovun qızı Nəzrin Axundova - Sankt-Peterburq Dövlət Memarlıq və İnşaat Universiteti (ГАСУ) Memarlıq fakültəsi.
 
 
Şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Oruclu - İstanbul Texniki Universiteti, ADA Universiteti
 
Şəhid polkovnik-leytenant Atəm Əliyevin oğlu Vaqif Əliyev - Giresun Universiteti
 
Şəhid polkovnik Zaur Nudirəliyevin oğlu Ömər Nudirəliyev - Azərbaycan Memarlıq və İnşaat Universiteti, Kommunikasiya sistemləri mühəndisliyi
 
Şəhid baş leytenant Elmar İbayevin oğlu Hikmət İbayev - Alanya Alaaddin Keykubat Universiteti, Azərbaycan Dövlət Pedoqoji Universiteti
 
Şəhid mayor Əhməd Abdullayevin oğlu Hüseyn Abdullayev - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Elektrik və elektronika mühəndisliyi
 
Şəhid çavuş Bəxtiyar Bəkirovun oğlu Yavər Bəkirov - Azərbaycan Tibb Universiteti, Hərbi tibb
 
Şəhid mayor Elşad Həsənovun qızı Aysun Həsənli - Xəzər Universiteti, Təsviri incəsənət müəllimliyi
 
Şəhid çavuş Rahib Fətəliyevin qızı Tavat Fətəliyeva - Azərbaycan Dövlət Pedoqoji Universiteti, Riyaziyyat müəllimliyi
 
Şəhid miçman Mirzə Axundovun oğlu Ağasəlim Axundzadə - İstanbul Aydın Universiteti
 
Şəhid mayor Sübhi Mürsəliyevin oğlu Rüstəm Mürsəliyev – Azərbaycan Texniki Universiteti
 
Şəhid mayor İlqar Verdiyevin oğlu Orxan Verdizadə - ADA Universiteti, Biznesin idarə edilməsi
 
 
Mənbə: "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi
 
0