İnfeksionist: Koronavirusa yoluxma payızda pik həddə çatacaq

ÖLKƏ
19:27 / 31.08.2023
495

Azərbaycanda koronavirusa yoluxanların sayı artıb. Belə ki, son 1 həftə ərzində (21-27 avqust) koronavirusa (COVID-19) 111 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 26 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 5 nəfər ölüb.

Bəs, payız mövsümü ilə əlaqədar olaraq, koronavirusa yoluxanların sayı daha da arta bilərmi?

İnfeksionist Mərdan Əliyev Hit.az-a açıqlamasında bildirib ki, yoluxmanın artması gözləniləmndir:

"Koronavirusa yoluxma sayında aktivlik var. Bu yoluxma payız-qış mövsümündə pik həddə çatacaq, daha sonra azalmaya gedəcək. Pik hədd deyəndə əvvəlki illərdə olan pik həddən söhbət getmir. Artım olacaq, amma əvvəlki illərdəki qədər çox olmayacaq. Pik hədd düşünürəm ki, elə də yüksək, qorxuducu rəqəmlər olmayacaq. Payız-qış mövsümündə artımların olması da normaldır. Çünki bilirik ki, infeksiya bu mövsümdə daha çox artır. İstənilən halda panikaya düşməyə ehtiyac yoxdur".

Aynur Əli

0